Bu, ölkəmizə qarşı psixoloji və informasiya savaşının tərkib hissəsidir - Elxan Şahinoğlu


Errmənistan hakimiyyətinin humanitar yüklərlə dolu maşın karvanını Laçın istiqamətinə yönəltməsi hiyləgər plandır.


AFN.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Qeyd edək ki, Ermənistan hökumətinin dünən Qarabağa çatdırılması qərarını qəbul etdiyi 400 ton “humanitar yardım” yüklənmiş bir neçə TIR Laçın nəzarət buraxılış postunun qarşı tərəfində gözləyir. Azərbaycan yüklərin Ağdam yolu ilə aparılmasını təklif etsə də, qarşı tərəf buna hələlik razılaşmayıb.
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bu təxribatın hazırlandığına dair əvvəlcədən məlumat yaymışdı. Azərbaycan silahlı qüvvələri dünəndən etibarən gözlənilən təxribatın qarşısını almaq üçün hazırlıq vəziyyətinə gətirilib. Ermənistanda fəaliyyət göstərən Aİ-in “mülki” missiyasının da ərazidə olması ilə bağlı Ermənistan tərəfdən görüntülər yayılmaqdadır.
E.Şahinoğlu bildirir ki, bu planın üzərində müxtəlif mərkəzlər çalışıblar: "Rusiya və İran Qərblə çəkişsələr də, bu məsələdə ortaq mövqedən çıxış edirlər. Bir qrupu Qarabağ separatçılarına açıq, digər qrupu gizli dəstək verdiyini nümayiş etdirir. Azərbaycana qarşı müxtəlif güclər birləşiblər. Bu, ölkəmizə qarşı psixoloji və informasiya savaşının tərkib hissəsidir. Beynəlxalq aləmin diqqətini Rusiya-Ukrayna müharibəsindən Qarabağa çəkmək istəyirlər. Nə planlaşdırdıqlarından asılı olmayaraq yükləri Laçın yolundan keçirməyə nail olsalar, davamı gələcək. Ona görə də Ağdam istiqamətindən geri addım atmamalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, xarici ölkədən yük məmləkətimizə Azərbaycanın müəyyənləşdirdiyi məntəqədən keçirilməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu