Yunanıstandakı meşə yanğınları karbon tullantılarının rekord həddə çatmasına səbəb olur


Yunanıstanda davam edən meşə yanğınları bir meqatondan çox karbon emissiyasına səbəb olub ki, bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir.


Avropa İttifaqının (Aİ) Kopernik Atmosfer Müşahidə Xidmətinin (CAMS) verdiyi açıqlamaya görə, Yunanıstanın 17 iyuldan bəri mübarizə apardığı meşə yanğınları ölkənin son 20 ildə iyul ayında yaşadığı ən böyük yanğınlar olaraq qeydə alınıb.

Paytaxt Afinanın qərbində yerləşən Rodos adasında iyulun 17-də başlayan yanğınlar səbəbilə təqribən 20 min insan təhlükəli bölgələrdən təxliyə edilib.Bu, ölkə tarixində yanğınla bağlı ən böyük təxliyə olub.

CAMS-in Qlobal Yanğın Assimilyasiya Sistemi (GFAS) tərəfindən təqdim edilən məlumatlara görə, ölkədə yanğın emissiyaları iyulun 25-nə bir meqatondan çox artıb ki, bu da indiyədək ən yüksək illik məbləğdən belə artıqdır.

Ölkədə əvvəlki ən yüksək illik yanğınla bağlı emissiya 2007-ci ildə meşə yanğınları zamanı olub, təxminən 0,5 meqaton.

Vəziyyətin sürətlə pisləşdiyi bildirilən açıqlamada, İtaliyanın Siciliya adasında son bir neçə gündə 50-yə yaxın meşə yanğınının baş verdiyi, karbon emissiyaları ilə bağlı bölgədən kifayət qədər məlumatın alına bilmədiyi, bununla belə, ciddi bir təhlükə olduğu vurğulanıb. Önümüzdəki günlərdə CAMS qlobal modellərindən əldə ediləcək karbon emissiya məlumatlarının açıqlanacağı gözlənilir.

CAMS-in baş eksperti Mark Parrinqton Yunanıstandakı vəziyyəti nəzərə alaraq nəticələrin onlar üçün sürpriz olmadığını bildirib. "Müşahidə olunan intensivliyi və emissiyaları son 20 ilin məlumatları ilə müqayisə etdikdə, meşə yanğınlarının miqyasının nə qədər qeyri-adi olduğunu görürük. Bizim məlumatlarımız göstərir ki, 2007 və 2021-ci illərdə baş verən böyük yanğınlar isti dalğaları zamanı və əsasən avqust ayında baş verib", - deyə Parrinqton bildirib. O qeyd edib ki, yayın sonuna qədər yanğınların yaratdığı tullantılar yaxından izlənəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu