Qətərdən Ukraynaya 100 milyon dollarlıq yardım
Ukraynanın baş naziri Denis Şmiqal Qətərin humanitar yardım işləri çərçivəsində Ukraynaya 100 milyon dollar ayıracağını bəyan edib.
O, sosial media hesabında Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə görüşdüyünü paylaşıb.
Görüş zamanı Ukraynaya humanitar yardım olaraq 100 milyon dollar ayıracaqlarını ifadə edən Əl Sani qeyd edən Şmiqal, "Bu pul səhiyyə, təhsil, humanitar minalardan təmizləmə, digər mühüm sosial və humanitar layihələrin təmiri üçün istifadə olunacaq" - deyə bildirib.
Şmiqal Qara dəniz taxıl təşəbbüsünün yenidən aktivləşdirilməsinin vacib olduğunu və Ukraynadan taxıl daşınmasının davam etdirilməli olduğunu vurğuladıqlarını bildirib.
Ukrayna prezidenti Vladimir Zelenskinin sülh düsturunu ətraflı müzakirə etdiklərini qeyd edən Şmiqal Rusiyanın qanunsuz olaraq öz ərazisində götürdüyü və saxlamağa davam etdiyi ukraynalı uşaqların geri qaytarılmasında vasitəçilik etmək istəyinə görə Qətərə təşəkkürünü bildirib.