Rusiyada "Barbi" kuklasının qadağan edilməsi təklif edilir


Rusiyada satılan uşaq kuklaları ölkə üçün qeyri-ənənəvi dəyərləri təbliğ etməməlidir.


AFN.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Mariya Butina "RİA Novosti" deyib.

"Mən mağazalarımızda gəlinciklərin, məsələn, transseksualların və ya eynicinsli münasibətləri təbliğ edən kuklaların görünməsinin qəti əleyhinəyəm" - deyə Butina bildirib. O qeyd edib ki, dövlət sifarişləri üçün, məsələn, uşaq bağçaları üçün gəlinciklər alarkən diqqəti düzgün mesajla gözəl oyuncaqlar hazırlayan yerli kukla fabriklərinə yönəltmək lazımdır.

Butinanın sözlərinə görə, Mattelin Barbi kuklaları LGBT gündəminin mühərrikidir və bu, Rusiyada LGBT təbliğatını qadağan edən qanuna görə qəbuledilməzdir.

Rusiya prezidenti Vladimir Putin 2013-cü ildə uşaqlar arasında LGBT təbliğatını qadağan edən qanun imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu