Əlcəzair də "Barbi"ni qadağan etdi


Əlcəzair hökuməti "Barbie" filminin cəmiyyətin mənəvi dəyərlərinə uyğun gəlmədiyini əsas gətirərək nümayişinə qadağa qoyub.


Əlcəzairin Mədəniyyət Nazirliyi ötən həftə ölkədə yayımlanan qalmaqallı "Barbie" filminin nümayişinə icazəni geri götürüb.

Bildirilib ki, film Əlcəzair cəmiyyətinin mənəvi dəyərlərinə zidd olduğu və homoseksuallığı təbliğ etdiyi üçün qadağan edilib.

Əvvəllər Livan və Küveyt ABŞ istehsalı olan filmin dini və əxlaqi dəyərlərə uyğun olmadığını, uşaq və gənclərə mənfi təsir göstərə biləcəyini əsas gətirərək qadağan etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu