Əlcəzair meşə yanğınları ilə mübarizə aparır


Əlcəzair Mülki Müdafiə Başçılığı ölkənin şimalındakı 8 şəhərdə 15 nöqtədə meşə yanğınlarının söndürülməsi üçün işlərin davam etdiyini açıqlayıb.


Əlcəzair Mülki Müdafiə Başçılığından verilən yazılı açıqlamada, Əlcəzairin şimalındakı Skikda, Cicil (Jijel), Bicaya (Bejaia), Tebse, Setif, Tarık, Buveyra (Bouira) və Medea şəhərlərində 15 fərqli nöqtədə meşə yanğınları ilə mübarizənin davam etdiyi bildirilib.

Əlcəzair Daxili İşlər Nazirliyi dünən 11 şəhərdə baş verən meşə yanğınlarında həyatını itirənlərin sayının 34-ə yüksəldiyini açıqlayıb. Açıqlamada yanğınsöndürmə işlərinin havadan və qurudan davam etdiyi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu