Əlcəzairdə son 24 saat ərzində 37 meşə yanğını söndürülüb


Əlcəzair Mülki Müdafiə Agentliyi ölkənin şimal-şərqində 9 vilayətdə son sutkada 37 fərqli yerdə baş verən meşə yanğınlarının söndürüldüyünü, iki yerdə isə davam edən yanğınların söndürülməsi üçün işlərin davam etdirildiyini açıqlayıb.


"Dünəndən Tizi Vizu, Bicaye, Burc Burayrac, Buvera, Bumerdas, Hanşala, Kalima, Cicel və şəhərlərində 39 yerdə çıxan meşə yanğınlarının 37-si söndürülüb" - deyə qurumun açıqlamasında bildirilir.

Açıqlamada ətraf əyalətlərdən gələn yanğınsöndürmə qrupları ilə yanaşı, iki təyyarə və helikopterin də yanğınlara müdaxilə etdiyi vurğulanıb və iki nöqtədə yanğınsöndürmə işlərinin davam etdiyi vurğulanıb.

Məlumatda bu yanğınlarda insan itkisinin olmadığı qeyd edilib.

Əlcəzairin şimal bölgələrində iyulun 24-də baş verən meşə yanğınlarında 34 nəfər ölüb, 194 nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu