Rusiyada güclü qasırğa 9 nəfərin həyatına son qoyub, onlarla insan yaralanıb

Dünəndən etibarən 27 m/s-ə qədər küləklə müşayiət olunan təhlükəli meteoroloji hadisələr nəticəsində Rusiyada 76 nəfər yaralanıb, onlardan 9-u ölüb.
AFNaz yerli mediaya istinadən xəbər verir ki, təbii hadisələr Volqa Federal Dairəsinin səkkiz subyektinin ərazisinə təsir edir. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 99,5 min nəfərdən çox əhalinin yaşadığı 520 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb, 550-dən çox ağac aşıb, 41 yaşayış binasının və 7 sosial əhəmiyyətli obyektin dam örtüyü zədələnib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Volqada batan qayığın sərnişinlərinin axtarışlarını davam etdirirlər. "Hazırda 7 nəfər xilas edilib, bir nəfər ölüb, iki nəfərin taleyi hələlik məlum deyil", - deyə nazirlikdən bildiriblər.
"İnterfaks"ın məlumatına görə, pis hava şəraitinin nəticələrinin aradan qaldırılmasına 758 nəfər canlı qüvvə, 180 texnika cəlb olunub.