Sevastopolda çimərlik yaxınlığında mina aşkarlanıb


Rusiyanın Sevastopol vilayətində Lyubimovka çimərliyi yaxınlığında mina aşkarlanıb.


Mianın Şimal körfəzinə doğru sürükləndiyi müşahidə edilib. AFN.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev Telegram-da məlumat verib.

Mina sahilə 100 metrdən az qalmış suda tapılıb. Razvojayevin sözlərinə görə, mina ya təhlükəsiz yerə çəkiləcək, ya da məhv ediləcək. Belə olan halda şəhər rəhbəri sakinlərə və turistlərə mümkün partlayışla bağlı xəbərdarlıq edib.

"Bütün əməliyyat xidmətlərinə məlumat verilib. Donanmanın xüsusi xidmət orqanları yerində işləyir", - deyə o, izah edib.

Avqustun 5-də səhər saatlarında Sevastopol yaxınlığında dəniz üzərində yerüstü pilotsuz uçuş aparatı aşkar edilib. Razvojayev bildirib ki, o, sahildən uzaqda dəniz qüvvələri tərəfindən vurulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu