Avstraliyada 240 milyon il əvvəl yaşamış amfibiya heyvanına aid fosil tapılıb


Alimlər 1997-ci ildə Avstraliyada Mixail Mihaildis adlı fermerin tapdığı fosilin amfibiya sürünəninə aid olduğunu müəyyən ediblər.


Avstraliyanın yerli mətbuatında çıxan xəbərlərə görə, 1997-ci ildə ölkədə tapılan və Mihaildis tərəfindən muzeyə təhvil verilən fosilin kərtənkələbənzər sürünənlərə aid olduğu ortaya çıxıb.

Alimlər fosilin 240 milyon il əvvəl Avstraliyada yaşamış amfibiya heyvanına aid olduğunu qeyd ediblər.

"Arenaepeton supinatus" adlanan sürünənlərin uzunluğunun 1,5 metr olduğu təxmin edilir.

Fosilin diaqnozunu qoyan paleontoloq Lachlan Hart, fosili ilk dəfə 12 yaşında muzeyə gedərkən gördüyünü bildirib.

Hart, fosilin bütün skeletinin qorunub saxlanmasının çox nadir olduğunu da ifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu