Lukaşenko Aİ ölkələri ilə münasibətləri saxlamaq istəyir
Belarus prezidenti Aleksandr Lukaşenko Aİ ölkələri ilə münasibətləri davam etdirmək istədiyini bildirib.
AFN.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
"İndi biz ilk növbədə Şərqin - Rusiyanın, Çinin hesabına yaşayırıq. Amma yüksək texnologiyalı Qərbi də unutmaq olmaz. Onlar yaxınlıqdadırlar, bizim qonşularımızdır - Avropa İttifaqı. Və onlarla münasibətinizi itirə bilməzsiniz. Biz buna hazırıq, lakin öz maraqlarımızı nəzərə alaraq", - deyə Lukaşenko bildirib.
Belarus prezidenti respublika hökumətinə və Xarici İşlər Nazirliyinə qonşu Qərb dövlətlərinə mehriban qonşuluq və sülh planı təklif etməyi tapşırıb.