Putin: Qərb Ukraynadakı münaqişəyə başqa ölkələri cəlb etməyə çalışır


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransının iştirakçılarına müraciətində Qərbin Ukrayna münaqişəsini daha da qızışdırmaq cəhdlərinin olduğunu deyib.


Putinin sözlərinə görə, Qərb dövlətləri "odun üstünə yağ tökmək" siyasəti yürüdürlər ki, bu da Ukraynanın timsalında özünü büruzə verir.

"Xarici kuratorlar Kiyev hakimiyyətinin neonasist rejiminə milyardlarla ABŞ dolları verir, Ukrayna Silahlı Qüvvələrini texnika, silah və sursatla təmin edir, onlara öz muzdlularını göndərir" - deyə Rusiya prezidenti qeyd edib. Putin əlavə edib ki, bir sıra dövlətlər xalqları oyuna salmağa, münaqişələr yaratmağa və ölkələri neokolonializm çərçivəsində vassala tabe olmağa məcbur etməyə çalışırlar. Eyni zamanda o, dünya ölkələrinin əksəriyyətinin öz suverenliyini müdafiə etməyə hazır olduğunu vurğulayıb. Putinin fikrincə, gələcəyin konturlarını yaratmaq üçün bütün dünya birliyi birgə işləməli olacaq.

Qeyd edək ki, bir gün əvvəl, avqustun 14-də ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya 200 milyon dollarlıq növbəti hərbi yardım paketini açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu