Qərb yeni ittifaq yaratmaq istəyir


Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Çinlə hərbi ittifaqda olmadığını bildirib.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putin bu haqda Rusiya Dövlət Televiziyasında çıxışı zamanı danışıb.

Rusiya Prezidenti iki ölkə arasında hərbi-texniki əməkdaşlıq fəaliyyətinin şəffaf şəkildə həyata keçirildiyini deyib.

Qərbi hədəfə alan Putin, İkinci Dünya Müharibəsindəki ittifaqlardan danışıb.

“Mənə İkinci Dünya Müharibəsində Almaniya, İtaliya və Yaponiyanın rəhbərlik etdiyi İttifaqı xatırlatdı. Qərb yeni ittifaq yaratmaq istəyir”, - deyə Putin əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu