Qərb digər ölkələrin Rusiya ilə əməkdaşlığını məhdudlaşdırmağa çalışır - Putin


Qərb əleyhdarları inandırmaq, vədlər vermək, şantaj yolu ilə digər ölkələrin Rusiya ilə əməkdaşlığını məhdudlaşdırmağa çalışır.


AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Heç kimə sirr deyil ki, bizim qərbli opponentlərimiz müxtəlif vədlər, şantajlarla bir çox tərəfdaşlarımızı Rusiya ilə faydalı əməkdaşlığı məhdudlaşdırmağa məcbur etməyə çalışırlar, halbuki bunun müvafiq dövlətlərə və onların xalqlarına nə kimi itkilər verəcəyi onlara əhəmiyyət vermir" - deyə Putin İkinci Avrasiya İqtisadi Forumunun plenar iclasında deyib.

O, əlavə edib ki, Rusiya bütün ölkələrlə qarşılıqlı fəaliyyətə həmişə məsuliyyətlə və vicdanla yanaşır: "Biz isə tam şəkildə yerinə yetiririk, bunu vurğulamaq istəyirəm, biz Avrasiya İqtisadi İttifaqı çərçivəsində qəbul edilmiş sazişləri tam və vaxtında yerinə yetiririk. Ümumilikdə isə müqavilələrimizi tam yerinə yetiririk".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu