Maya Sandu Rusiya diplomatlarının Moldovadan çıxarılmasından danışıb


Moldova prezidenti Maya Sandu rusiyalı diplomatların respublikadan çıxarılmasına münasibət bildirib.


Bu barədə o, "TV Nord" saytında dərc olunan müsahibəsində danışıb. Maya Sandu bildirib ki, Rusiya səfirliyinin ölkədə qalan əməkdaşlarının sayı keyfiyyətli xidmət göstərmək üçün kifayət qədərdir. Eyni zamanda o, Ukraynada xüsusi əməliyyat başlayandan sonra Moskva ilə münasibətlərin kəskin şəkildə pisləşməsinə diqqət çəkib.

İyulun 26-da Moldova hökumətinin sözçüsü Daniel Voda ölkə hakimiyyətinin Rusiyanın Kişinyovdakı səfirliyinin işçilərinin sayını 10 diplomat və 15 texniki işçiyə qədər azaltmaq niyyətini açıqlayıb. Daha sonra avqustun 14-də Rusiya diplomatik missiyasının 45 əməkdaşı ailələri ilə birlikdə xüsusi reyslə respublikanı tərk edib.

Rusiya Xarici İşlər Nazirliyi diplomatların Moldovadan çıxarılmasını şərh edərkən bunun Moskva ilə Kişinyov münasibətlərinə təsir edəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu