Moldova prezidenti ölkədə telekanalların bağlanmasına aydınlıq gətirib


Moldova prezidenti Maia Sandu ölkədə 6 televiziya kanalının bağlanmasının səbəblərini açıqlayıb. O, bildirib ki, bağlanan TV-lər təbliğatla məşğul olublar və maliyyə mənbələri qeyri-qanuni olub.


Maya Sandu bu barədə "JurnalTV" kanalındakı "Secretele Puterii" proqramında bildirib.

Dövlət başçısının sözlərinə görə, media düzgün və obyektiv məlumat yaymalıdır. Bundan əlavə, o qeyd edib ki, Moldova hakimiyyəti təkcə medianın deyil, həm də siyasi partiyaların qeyri-qanuni maliyyələşdirilməsinə qarşı mübarizə aparacaq.

Qeyd edək ki, oktyabrın 30-da respublikanın baş naziri Dorin Recean Moldovanın informasiya təhlükəsizliyinə təhdid adlandırılan altı televiziya kanalının lisenziyasının dayandırıldığını açıqlayıb. Söhbət “Orizont-TV”, ICTV, “Prime-TV”, “Publica-TV”, “Kanal-2”, “Kanal-3”dən gedir.

Həmin gün Moldova İnformasiya və Təhlükəsizlik Xidməti (SIS) Rusiyanın 30-dan çox KİV-in saytını bloklayıb. Resurslar siyahısına TASS, İnterfaks, Vedomosti, Lenta.ru, KP.RU, İzvestiya və digər saytlar daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu