Rusiyanın çevriliş planının üstü açıldı


Ukrayna kəşfiyyatı Kremlin Moldovada hakimiyyəti ələ keçirmək planını əldə edib. Bu məlumat dərhal Moldova prezidenti Maia Sanduya çatdırılıb.


AFN.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə Avropa Şurasının iclasında çıxışı zamanı belə deyib. “Bu yaxınlarda mən Moldova prezidenti xanım Sandu ilə danışdım və ona bizim kəşfiyyatımızın ələ keçirə bildiyi şeylər barədə məlumat verdim. Bu, Rusiyanın Moldovada siyasi vəziyyəti sarsıtmaq üçün təfərrüatlı planıdır”, - deyə Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna kəşfiyyatının əldə etdiyi sənədlər kimin, nə vaxt və hansı yolla Moldovada vəziyyəti sarsıtmalı və ölkədə hakimiyyəti dəyişməli olduğunu göstərir.
"Moskvaya Moldovaya qarşı bu plana uyğun hərəkət etmək əmri verilib-verilmədiyini bilmirik. Amma biz onların nə edəcəyini gördük. Biz buradan öyrəndik ki, onlar Ukraynaya, digər dövlətlərə qarşı onsuz da nə etməyə çalışırdılar. Xüsusilə Avropada."

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu