Körpələrdə RSV-nin qarşısını almaq üçün hazırlanmış peyvənd təsdiqlənib


ABŞ Qida və Dərman İdarəsi (FDA) körpələrdə çox rast gəlinən virus növü olan Respirator Sinsitial Virusa (RSV) qarşı istehsal edilən peyvəndi təsdiqləyib.


AFN.az xəbər verir ki, bu baqda "The Hill" məlumat yayıb. Qeyd edilir ki, Pfizer tərəfindən RSV-yə qarşı hazırlanmış "Abrysvo" adlı tək dozalı peyvənd FDA-dan icazə alıb.

Peyvəndin ağciyərlərdə və tənəffüs yollarında infeksiyalara səbəb olan yoluxucu virus olan RSV-dən qorunmaq üçün 32-36 həftəlik hamilə qadınlara vurulmasına icazə verilib.

Artıq böyüklərdə RSV-nin profilaktikası üçün təsdiq edilmiş sözügedən vaksin körpələrdə istifadə üçün təsdiqlənmiş ilk RSV peyvəndidir.

Klinik sınaqda, "Abrysvo" doğuşdan sonra 90 gün ərzində aşağı tənəffüs yollarının xəstəlikləri riskini təxminən 82 faiz, doğumdan sonra 180 gündə isə 70 faiz azaldır.

RSV bütün yaş qruplarında ağciyərlərdə və tənəffüs yollarında infeksiyalara səbəb olan yoluxucu virus kimi tanınır.

Bəzi insanlar iki həftə ərzində sağalsa da, yaşlı insanlarda və ya ağciyər, ürək, şəkərli diabet xəstələrində ciddi vəziyyətlərə səbəb ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu