Hitlerin doğulduğu ev polis təlim mərkəzinə çevrilir


Avstriyada Adolf Hitlerin doğulduğu evin təmiri proqramı ətrafında müzakirələr gedir. Hakimiyyət orada polislər üçün təlim mərkəzi tikmək niyyətindədir. Çoxları bunun əleyhinədir. Etirazlara səbəb isə odur ki, Hitler özü də məhz bunu xəyal edirmiş.


AFN.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Bildirilir ki, Adolf Hitlerin doğulduğu və erkən uşaqlıqda yaşadığı Avstriyanın Braunau şəhərindəki ev hakimiyyət üçün başağrısı olaraq qalır. Binanın yenidən qurulmasının başlanmasına ay yarımdan az vaxt qalmış (onun polislər üçün təlim mərkəzinə çevrilməsi nəzərdə tutulur) bələdiyyə cəmiyyətin bir hissəsinin etirazı ilə üzləşib. İnsanlar təşvişə düşürlər ki, de-fakto diktatorun vəsiyyəti həyata keçirilir.

"Evlə bağlı qərarımız onun iradəsini əks etdirməməlidir" - deyə rejissor Günter Şvayger bildirib. Evin qapısında nümayiş etdiriləcək sənədli film üçün o, arxiv materiallarını araşdırıb və Hitlerdən birbaşa göstəriş tapıb ki, ailə yuvası dövlətə xidmət etsin.

Rəsmilər, öz növbəsində, malikanənin təmirinin simvolik bir jest olacağını söyləyirlər. Yenidənqurma işləri oktyabrda başlamalı və 2025-ci ildə başa çatmalıdır. Təmir 20 milyon avroya başa gələcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu