Hindistanda müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlanıb
Hindistanın Uttar Pradeş ştatında müəllimin 7 yaşlı müsəlman şagirdi alçaltması və sinif yoldaşlarına sillələtməsindən sonra başlayan istintaq çərçivəsində məktəbin müvəqqəti bağlanmasına qərar verilib.
“India Today”in xəbərinə görə, Hindistan Təhsil Nazirliyi sözügedən məktəbin istintaq bitənə qədər bağlı qalacağını açıqlayıb.
Məktəblə bağlı Təhsil Nazirliyinin kriteriyalarına uyğun gəlmədiyi əsası ilə araşdırma başlanılıb.
Bağlanan məktəbin şagirdləri dövlət məktəblərinə və ya yaxınlıqdakı digər məktəblərə köçürüləcək.
Müsəlman şagirdi aşağılayan və onu sillələməyi əmr edən müəllim Tripta Tyaqi yerli televiziya kanalına deyib ki, etdiyi əməldən utanmır.
Qeyd edək ki Hindistanın ən sıx məskunlaşma olan Uttar Pradeş əyalətinin Müzəffərnaqar şəhərindən 30 kilometr aralıda yerləşən Kubbapur kəndində Tripta Tyaqi adlı müəllimin 7 yaşlı müsəlman uşağı alçaltdığı anın videosu yayılıb. Sinif yoldaşlarının qarşısında dininə görə təhqir edilən şagird digər şagirdlər tərəfindəb şillə ilə "cəzalandırılır".