Hindistanda şiddətli istilər nəticəsində ölənlərin sayı 166-ya yüksəlib


Son günlər Hindistanı əhatə edən istilər nəticəsində həyatını itirənlərin sayı 166-ya yüksəlib.


Səlahiyyətlilərin açıqlamalarına görə, son günlər ölkədə davam edən qızmar istilər nəticəsində Uttar Pradeş əyalətində 119, Bihar əyalətində 47 olmaqla 166 nəfər həyatını itirib.

Uttar Pradeş əyalətinin Ballia şəhərində istidən xəstəxanaya aparılan insanlar tutumun aşıldığı səbəbiylə qəbul edilməyib, ölənlərin yaxınları isə xəstəxananın meyitxanasının dolu olması səbəbiylə cənazələri evlərinə aparmaq məcburiyyətində qalıb.

Uttar Pradeş əyalətinin rəhbəri Yogi Adityanath, kondisionerlərin və soyuducuların düzgün işləməsi üçün fasiləsiz enerjinin təmin edilməsi istiqamətində lazımi tədbirlərin görüldüyünü bildirib.

Adityanath vətəndaşları elektrik enerjisini israf etməmək üçün hökumətlə əməkdaşlığa çağırıb.

Hindistan Meteorologiya Bölməsi (IMD) Mütəxəssisi Atul Kumar Sinqh, 43,5 dərəcədən aşağı düşməyən temperaturlarla bağlı verdiyi açıqlamada, bu mövzuda səlahiyyətlilərə daha əvvəl xəbərdarlıq etdiklərini vurğulayıb.

Digər tərəfdən Bihar əyalətinin paytaxtı Patnada bütün məktəblər iyunun 24-dək bağlanıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu