Belçika vaxtı keçmiş F-16-larını Ukraynaya göndərməyi düşünmür


Belçika inventarda olan və istifadə müddəti bitmiş F-16-ları Ukraynaya vermək niyyətində deyil.


AFN.az xəbər verir ki, bu haqda Belçika rəsmi dairələrindən bildirilib. Qeyd edilib ki, bu təyyarələrdən istifadə mümkün deyil.

Belçikanın "De Standaard" qəzetinə verdiyi açıqlamada Belçika ordusunun təchizatdan məsul rəsmisi Frederik Goetynck Belçikada istifadə edilə bilməyən F-16-ların Ukraynaya göndərilməsinin ağlasığmaz olduğunu bildirib.

"Təyyarələr köhnəldiyi üçün istismardan çıxıb. Bu təyyarələr çox uçduqları üçün artıq köhnəliblər. Ukraynaya özünüz istifadə etməyəcəyiniz təyyarələri göndərə bilməzsiniz", - deyə Goetynck bildirib.

Ukraynanın təyyarənin maksimum uçuş saatları ilə bağlı sərt qaydalara əməl edə bilməyəcəyi tezisini rədd edən Goetynck, “Məsələn, gövdəsində çatlar olan təhlükəli bir təyyarəni Ukraynaya çatdırsaq, onların həyatını təhlükəyə atmış olarıq" - deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu