Kanada Ukraynaya 800-dən çox PUA göndərəcək


Kanada Ukraynaya yerli istehsal olan 800-dən çox PUA göndərəcəyini açıqlayıb.


Kanada Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Ukraynaya 800-dən çox SkyRanger R70 model pilotsuz uçuş aparatı (PUA) göndəriləcək.

Açıqlamada ümumi dəyəri 70 milyon dollardan çox olan PUA-ların Ukraynanın müdafiəsinə töhfə verəcəyi qeyd edilib. Bildirilib ki, İHA-lar kəşfiyyat məlumatlarının toplanmasında kritik əhəmiyyətə malikdir və bu vasitələrin materialların daşınması üçün də istifadə oluna bilər.

"Bu PUA-lar xüsusilə qaranlıqda və pis hava şəraitində Ukrayna əsgərlərinə istənilən istilik mənbəyini uzaq məsafədən tanımağa kömək edəcək" - deyə nazirliyin açıqlamasında bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu