Etibar Əliyev: “Çingiz Abdullayevin detektivlərini heç vaxt oxumamışam” - VİDEO


“Sovetlərin süqutundan qabaq Çingiz Abdullayevin yazdığı detektiv janrında kitablar çox baha satılırdı. Özü də çox vaxt əldən alırdıq. Ceyms Xedli Çeyz, Erl Stenli Qardner, Reks Staut, Ross Makdonald, Robert Ladlem, Frederik Forsayt, Jorj Simenon, Aqata Kristi, Deşil Xemmetin kitabları 50-60 rubla satılırdı. Təxminən 10 ildən sonra bu kitablar 1-2 manata satıldı. İndi bunları heç alan yoxdur. Mən sadaladığım müəlliflərin yazdıqları detektiv əsərləri oxuduğuma görə Çingiz Abdullayevi oxumamışam. Detektiv əsərlər 1 dəfədən artıq oxunulmur. Kitabxanaya da yük olur. 20 il bundan əvvəl 100-ə yaxın bu janrda yazılmış kitabları bukinistə verdim”.



Bunu Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkə hesabında qeyd edib.

Deputat bildirib ki, detektiv əsər yazan yazıçının təfəkkürü, fikirləri, davranışı fəlsəfi və psixoloji roman yazan yazıçılardan fərqli olur:

“Mən çox az hallarda detektiv əsərlər yazan yazıçıların müsahibə verməsinə, danışmasına, qınamasına, yol göstərməsinə, həmçinin tez-tez ədəbiyyatın, dilin problemlərindən danışmasına rast gəlmişəm. Məhdud oxucu dairəsi üçün yazıblar və pul qazanıblar. Pul demişkən, ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçılar haqqında kitab yazanda onların bioqrafiyalarını dərindən öyrəndim. Onların demək olar ki, hamısı mükafata düşən pulu xeyirxah məqsədlər üçün xərcləyiblər. Əsasən də gənc yazıçılara dəstək olublar.

Norveç yazıçısı Selma Laqerleyf Nobeldən qazandığı vəsaiti rus-fin müharibəsində Finlandiyaya tank almaq üçün xərcləyib. Çingiz müəllimi müdafiə edənlərdən biri yazır ki, onun əsərləri xaricdə 23 milyon tirajla satılıb. Birini bir dollardan hesablasaq 23 milyon dollar edir. Bu vəsaitin 10 faizi gənclərin yaradıcılğını stimullaşdırmaq üçün xərclənsə Çingiz müəllim xeyli rəğbət qazanmış olar. Yeri gəlmişkən, Çingiz Abdullayev “Azərbaycan dili və ədəbiyyatı” forumunda israrla söylədi ki, yazıçı kitablarının çapı üçün pul xərcləməməlidir. Dövlət bunu etməlidir! İstedadlı yazıçılar Aqşin Yenisey, Şərif Ağayar, Qismət Rüstəmov və başqalarının kitablarının çapına nəşriyyatlar, o cümlədən Çingiz Abdullayev də dəstək durmalıdır. O ki, qaldı detektivə, bu janrda yazılmış əsərləri orta məktəblərin yuxarı sinif şagirdlərinə qadağan etmək lazımdır”.

Ətraflı Baku TV-nin süjetində:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu