Aİ və BMT-nin əhali fondunun dəstəyi ilə qizlar üçün steam düşərgəsi təşkil olunub


Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi həssas qruplardan olan yeniyetmə qızlar üçün STEAM düşərgəsi təşkil edib.

Düşərgə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı və “Bakcell” şirkətinin dəstəyilə “SOS Uşaq Kəndləri – Azərbaycan” təşkilatının həyata keçirdiyi “Gənc qızların STEAM bacarıqlarının artırılması” layihəsi çərçivəsində keçirilib.

1-5 sentyabr tarixlərində Göygöl rayonunda baş tutan tədbirin məqsədi həssas qruplardan olan yeniyetmə qızlarda STEAM sahəsinə maraq yaratmaq, STEAM resurslarını onlar üçün əlçatan etməklə bu sahədə təhsil və karyera imkanlarını təşviq etməkdən ibarət olub.
Düşərgəyə Bakı və Gəncədə yerləşən SOS Uşaq Kəndlərininin himayəsində olan, Bakıdakı sığınacaqda məskunlaşan və Gəncə-Daşkəsən bölgəsindən olan 30 nəfər 15-18 yaşlı yeniyetmə qız qatılıb.

5 günlük düşərgə müddətində gender bərabərliyi, gender əsaslı cins seçimi, qızların səlahiyyətləndirilməsi, liderlik təlimləri ilə yanaşı, yeniyetmə qızlara STEAM sahəsində peşə seçimi və STEAM mövzularında təlimlər keçilib. İştirakçılar mühəndislik, robot texnologiyaları, 3D modelləşdirmə master-klaslarına qatılıb.

Düşərgənin sonunda müxtəlif qruplara bölünən yeniyetmələr üçün növbəti 6 ay ərzində “Gənc qızların STEAM bacarıqlarının artırılması” layihəsi çərçivəsində ixtisaslaşmış təlimlər keçiriləcək.
































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu