Ukraynadan G20-yə reaksiya: Qürurlanacaq heç nə yoxdur


Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib ki, G20 sammitinin yekun bəyannaməsinin “Ukrayna” bölməsində bəzi məsələlər haqda heç nə yoxdur və Rusiyanın adı çəkilmir.


Oleq Nikolenko sosial media hesabında G20-nin yekun bəyannaməsini dəyərləndirib: "G20 yekun bəyannaməni qəbul etdi. Mətnə sərt ifadələr əlavə etməyə çalışan tərəfdaşlarımıza minnətdarıq. Amma Rusiyanın Ukraynaya qarşı təcavüzü baxımından G20-nin qürurlanacaq heç nəyi yoxdur. Mətnin əsas elementləri görünə bilər. Bunun reallığa daha yaxın olması kimi”.

Nikolenko paylaşdığı fotoda yekun bəyannamədəki bəzi ifadələri düzəldib.

Nikolenko bəyannamədəki “Ukrayna müharibəsində nüvə silahının istifadəsi və ya istifadə təhdidi qəbuledilməzdir” ifadələrini “Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməsi və ya istifadə hədəsi qəbuledilməzdir” ifadəsi ilə dəyişib və "belə olsaydı daha məqsədəuyğun olardı" deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu