Ukrayna XİN: "Rusiya bugünkü hücumlar zamanı Kiyevdəki 2 diplomatik binanı hədəf alıb"
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın raket hücumları zamanı Kiyevdəki iki diplomatik nümayəndəliyə zərər dəyməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
“Report” xəbər verir ki, bu barədə qurumun sözçüsü Oleq Nikolenko tviterdə yazıb.
O bildirib ki, bugünkü hücumlar zamanı Kiyevdəki 2 diplomatik bina hədəf alınıb: “Həmin binalara ziyan dəyib. Diplomatların həyatı təhlükəyə atılıb. Bu, müharibə cinayətidir”.
O.Nikolenko beynəlxalq ictimaiyyəti dinc sakinləri qorumaq üçün Ukraynanı müasir raketdən müdafiə sistemləri ilə təmin etməyə çağırıb.