İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi layihəsi hazırlanıb


İran və Rusiya hərtərəfli əməkdaşlıq sazişi layihəsini mübadilə ediblər, sənədin mətni işçi qruplar tərəfindən nəzərdən keçirilir.

AFN.az xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Çafi bildirib.

“İran və Rusiya arasında əməkdaşlığın hərtərəfli və dolğun yol xəritəsinin olması və dövlət qurumlarının qarşıya qoyulan məqsədlər əsasında həmkarları ilə əlaqələrini inkişaf etdirməsi üçün hərtərəfli sənədin hazırlanması üzrə danışıqlar aparılır, tərəflər razılaşma sənədinin mətnini işçi qrupları səviyyəsində nəzərdən keçirir” - deyə , o, Tehranda keçirdiyi mətbuat konfransında bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu