KİV: ABŞ Misir üçün nəzərdə tutulan 85 milyon dolları Tayvan və Livana göndərəcək


ABŞ hakimiyyəti Misirə nəzərdə tutulan 85 milyon dollarlıq hərbi yardım paketini Tayvan və Livana yönləndirməyi planlaşdırır.


AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” amerikalı siyasətçilərə istinadən məlumat yayıb.

Bayden administrasiyası Qahirənin insan haqları standartlarına əməl etməməsi səbəbindən Misirə 85 milyon dollarlıq hərbi yardımı dayandıracağı barədə Konqresə məlumat verib. Bu məbləğin 55 milyon dollarının Tayvana, qalan 30 milyon dollarının isə Livana göndərilməsi planlaşdırılır. Qəzetin qeyd etdiyi kimi, bəzi ABŞ qanunvericiləri Qahirəyə daha 235 milyon dolların ayrılmasını dayandırmaqda israrlıdırlar.

Misirin Vaşinqtondakı səfirliyindən heç bir şərh verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu