Rusiyanın avtomobil idxalında Çinin payı 90 faizi ötüb
Rusiya Federal Gömrük Xidmətinin (FTS) sədr müavini Ruslan Davıdov bu ilin ilk 8 ayında Rusiyanın avtomobil idxalında Çinin 92 faiz paya sahib olduğunu bildirib.
"RİA Novosti"yə verdiyi açıqlamada Davidov Rusiya ilə Çin arasında ticarət həcminin kəskin artdığını deyib.
Rusiyanın Avropa Birliyi (AB) ilə ticarətinin azalmağa davam etdiyinə diqqət çəkən Davıdov, bunun proqnozlaşdırıla bilən bir vəziyyət olduğunu vurğulayıb: "Çünki AB Rusiya bazarını öz üzünə bağladı".
Rusiya mərkəzli "Autostat" məlumatlarına görə, ölkədə yeni avtomobil satışları avqust ayında keçən ilin eyni dövrünə görə yüzdə 160 artaraq 109 min 700-ə çatıb.
Yeni avtomobillərin satışında ən böyük paya malik şirkət “Avtovaz” şirkəti olduğu halda, ikinci yeri Çinin “Chery” şirkəti tutub.
Bir çox Qərb avtomobil şirkəti Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını açıqlayıb.