İrəvan çalxalanır - saat 14:00-da...
İrəvanda səslərin məcburi yenidən sayılması üçün püşkatma keçiriləcək.
AFN.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, sentyabrın 19-da saat 11:00-da İrəvanın bütün 10 dairə seçki komissiyasında səslərin məcburi yenidən sayılması üçün püşkatma keçiriləcək.
Bundan əlavə, dairə seçki komissiyaları səslərin yenidən sayılması ilə bağlı müraciətlərə baxacaq.
Yenidən sayma saat 14:00-da başlayacaq və 22 sentyabr saat 14:00-da başa çatacaq.