Trampın komandası dörd əyalətdə məhkəmə iddiası qaldırdı
ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası qrupu kritik əyalətlərdən biri olan Corciyada səslərin sayılmasının dayandırılması üçün məhkəməyə müraciət edib.
Qaynarinfo xəbər verir ki, Corciya Respublikaçılar Partiyasının sədri David Şefer yazılı açıqlamasında ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası ilə bərabər Çatam ərazisində səslərin sayılmasının dayandırılması üçün məhkəməyə müraciət etdiyini bildirib.
Bənzər məhkəmə proseslərini digər bölgələrdə açmağa hazırlaşdıqlarını söyləyən Şefer deyib ki, Respublikaçı müşahidəçilərin səs bülletenlərini sayıma daxil edilməyənlərlə qarışdırdıqlarını bildiriblər.
Trampın seçki kampaniyası komandası çərşənbə günü Viskonsindəki səslərin yenidən sayılması, Miçiqan və Pensilvaniyada səslərin sayılmasının dayandırılması üçün də məhkəməyə müraciət edib.