Macarıstan Aİ-nin Azərbaycan əleyhinə bəyannaməsinə veto qoyub


Macarıstan Dağlıq Qarabağdakı əməliyyatla bağlı Avropa İttifaqının hazırladığı anti-Azərbaycan birgə bəyannaməsinə veto qoyub.


Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell tərəfindən Azərbaycanın Dağlıq Qarabağda apardığı antiterror əməliyyatı ilə bağlı hazırlanan bəyannamə Macarıstan tərəfindən rədd edilib.

Bəyannamədə Azərbaycanın Qarabağ bölgəsində öz sərhədləri daxilində həyata keçirdiyi hərbi əməliyyat pislənilib, tərəflər ermənilərin də iştirak etdiyi şəffaf dialoq prosesinə dəvət olunub.

Bəyannamədə Aİ-nin Ermənistanın demokratik yolla seçilmiş nümayəndələrini dəstəkləməyə hazır olduğu qeyd edilib, həmçinin Azərbaycan Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağrılıb.

Macarıstan bəyannamədə Azərbaycan əleyhinə və qərəzli fikirlərin yer aldığını əsas gətirərək ona veto qoyub. Nəşr edilməsi üçün 27 AB üzvünün hamısının dəstəkləməsi lazım olan birgə bəyanat Macarıstanın vetosuna görə qəbul edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu