Hikmət Hacıyev Azərbaycan polisinin erməniəsilli sakinlərə su paylamasından danışdı


“Azərbaycan polisi Rusiya sülhməramlıları ilə birlikdə yolda olan erməni mülki şəxslərə su paylayır”.


Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

"Azərbaycan polisi Rusiya sülhməramlıları ilə birlikdə yolda olan erməni mülki şəxslərə su paylayır və onlardan başqa nəsə lazım olub-olmadığını soruşur. Ünsiyyət rus, hətta Azərbaycan dilində aparılır", - o qeyd edib.

H.Hacıyev vurğulayıb ki, vaxtilə azərbaycanlılarla birgə yaşayan bir çox ermənilər Azərbaycan dilini xatırlayırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu