Meksikada silahlı şəxslər tərəfindən qaçırılan 7 gəncdən 6-nın cəsədi tapılıb

Meksika Baş Prokurorluğu ötən gün qaçırılan 7 gəncdən 6-nın cəsədinin Zakatekas şəhərində tapıldığını, digərinin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini bildirib.
Ştat hökumətinin baş katibi Rodriqo Reyes Mugüerza açıqlamasında gənclərin yaxınlarının ifadələri əsasında istintaqın davam etdiyini qeyd edib.
Gənclərin qaçırılmasında əli olduğu ehtimal edilən 2 nəfərin saxlanıldığı və əməliyyatların davam etdirildiyi barədə məlumat paylaşılıb.
Ötən gün Zacatecas şəhərinin Villanueva şəhərindəki El Potrerito fermasında 7 gənc silahlı şəxslər tərəfindən zorla saxlanılıb.