UNICEF Nigeriyaya 9,3 milyon doza difteriya peyvəndi göndərib


Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) xəstəliklə mübarizə üçün difteriya epidemiyasının artdığı Nigeriyaya vaksin göndərib.


UNICEF-in Nigeriya Kommunikasiya Sorumlusu Nçekvube Nvosu-Igbo bildirib ki, UNICEF tərəfindən ölkədə xəstəliyin yaygın olduğu əyalətlərə 9,3 milyon doza difteriya peyvəndi göndərilib.

Nvosu-Igbo, 4 milyon doza difteriya peyvəndinin epidemiyanın episentri olan Kano əyalətinə göndərildiyini və peyvəndlərin Nigeriya hökumətinin epidemiya ilə mübarizəsinə dəstək olacağını bildirib.

O, təşkilat tərəfindən satın alınan 4 milyon doza peyvəndi önümüzdəki həftələrdə hökumətə verəcəyini ifadə edərək, Nigeriyadakı hər bir uşağın peyvənd oluna bilməsi üçün dəstək çağırışı edib.

Nigeriyada 2022-ci ilin dekabrından bəri 7202 difteriya hadisəsi aşkar edilib və indiyədək 453 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nigeriyada difteriya hallarının artması səbəbindən epidemiyaların ikinci dalğasının olduğunu təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu