Nigerdə terror aktı nəticəsində 29 əsgər həlak olub
![](/uploads/posts/2023-10/1696342245_nijer-cunta-reu-2091405_1.jpg)
Nigerin Mali sərhəddində törədilən terror aktı nəticəsində 29 əsgər həyatını itirib.
Niger Müdafiə Nazirliyindən verilən açıqlamada ölkənin şimal-qərbindəki Tabatol rayonunda terror əməliyyatından qayıdan ordu birləşmələrinin hücuma məruz qaldığı bildirilib.
Hücumda ilkin təsbitlərə görə 29 əsgər həyatını itirib, 2 əsgər isə ağır yaralanıb, çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Açıqlamada ölkədə 3 günlük milli matəm elan edildiyi bildirilib.
Hücum iyulun 26-da ordunun hökuməti ələ keçirməsindən bəri ən qanlı hücum kimi qeydə alınıb.