Nigeriyada ​​terror aktı: 12 ölü


Nigeriyanın Mali ilə sərhədində törədilən terror aktı nəticəsində 12 nəfər həlak olub.


Yerli hakimiyyət orqanlarından alınan məlumata görə, naməlum silahlı şəxslər Tillaberi rayonunun Anzourou kəndində əkin sahəsinə basqın ediblər.

Hadisədə sahədə olan 12 adam həyatını itirib.

Tillaberi, "3 ölkə sərhədi" kimi tanınan Nigeriya, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir.

Bu sərhəd xətti tez-tez Əl-Qaidə və İŞİD-ə bağlı terror qrupları tərəfindən hücuma məruz qalır.

Terrorla mübarizə əməliyyatlarında 12 minə yaxın nigeriyalı əsgər iştirak edir, onların demək olar ki, yarısı Mali və Burkina Faso ilə 1400 kilometrlik sərhəddə yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu