ABŞ-da universitetdə atışma olub, xəsarət alanlar var

ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Morqan Dövlət Universitetində baş verən atışma nəticəsində azı 4 nəfər yaralanıb.
Bu barədə “Baltimore Banner” qəzeti məlumat yayıb.
Hazırda atışmanın davam etdiyi bildirilir. Zərərçəkənlərin vəziyyəti ilə bağlı məlumat verilmir.
Hadisə yerinə polis əməkdaşları gəlib.//“Report”