Kosmik yarış: Çin NASA-nın rəhbərlik etdiyi ISS-ə meydan oxuyacaq


Çin NASA-nın rəhbərlik etdiyi Beynəlxalq Kosmik Stansiyanın (BKS) ömrünün sonuna çatdığı üçün digər ölkələrin astronavtlarına Yerə yaxın missiyalar üçün alternativ platforma təklif edərək, yaxın illərdə öz kosmik stansiyasını üç moduldan altı modula qədər genişləndirməyi planlaşdırır.


Çinin əsas kosmik podratçısı Çin Kosmik Texnologiyalar Akademiyasının (CAST) çərşənbə günü Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində verdiyi bəyanatda Çin kosmik stansiyasının istismar müddətinin 15 ildən çox olacağ bildirilib.

Əvvəllər bu müddət 10 il elan edilmişdi.

Çinin özünün inşa etdiyi "Tiangong" kosmik stansiyası 2022-ci ilin sonunda tam fəaliyyətə başlayıb və 450 km-ə qədər orbital yüksəklikdə üç astronavtı qəbul edə bilir.

Altı modula genişləndirildikdən sonra çəkisi 180 metrik ton olacaq "Tiangong" yeddi astronavtdan ibarət ekipajı yerləşdirə bilən ISS-in kütləsinin yalnız 40 faizini təşkil edəcək.

Amma iyirmi ildən artıqdır ki, orbitdə olan ISS-in 2030-cu ildən sonra istismardan çıxarılacağı gözlənilir.

Rusiyanın Roskosmos kosmik agentliyi də keçən il dörd kosmonavtı yerləşdirə biləcək altı moduldan ibarət kosmik stansiya qurmağı planlaşdırdığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu