Fransada "böcək kabusu" davam edir


Fransada kinoteatrlarda və qatarlarda görünən və məktəblərə yayılan taxta böcəkləri vətəndaşların və əcnəbilərin kabusu olmağa davam edir.



Paytaxt Parisdə kinoteatrlarda görünən və son vaxtlar metro və qatarlarda da görünməyə başlayan taxta böcəkləri gələn il Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkədə gündəm mövzusuna çevrilib.

Təhsil ocaqlarına yayılan böcəklərə görə indiyədək 7 məktəb bağlanıb və müxalifət hökumətdən tez bir zamanda tədbir görməyi tələb edib.

Hakim qanad Fransa vətəndaşları və ölkəyə gələn əcnəbilərin qorxulu yuxusu olmağa davam edən taxta böcəkləri ilə mübarizə üçün dekabr ayında parlamentə qanun layihəsi təqdim edəcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu