İsraildə ehtiyatda olan 300 min hərbçi səfərbər edilib


Fələstinin HƏMAS hərəkatı ilə 48 saatlıq müharibə zamanı 300 min ehtiyatda olan əsgər İsrail Müdafiə Qüvvələrinə səfərbər edilib.


Bu barədə İsrail ordusunun sözçüsü Daniel Həcəri bildirib.

"Biz heç vaxt bu qədər tez ehtiyatda olan əsgərləri səfərbər etməmişdik - 48 saat ərzində 300.000 ehtiyatdakı hərbçi cəlb edildi", - deyə Həcəri qeyd edib.

Onun sözlərinə görə, Qəzza zolağından olan fələstinli radikallar oktyabrın 7-dən İsrailə 4 mindən çox raket atıblar. Sözçü həmçinin vurğulayıb ki, İsrail hərbçiləri ölkənin cənubunda yaraqlıların nüfuz etdiyi bütün yaşayış məntəqələrinə nəzarəti bərpa edib. O, ayrı-ayrı silahlıların hələ də ölkədə ola biləcəyini etiraf edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu