Pifaqor plagiatda ittiham olunur

ABŞ-ın Rutgers Universitetinin riyaziyyatçısı Bruce Ratner hesab edir ki, Pifaqor məşhur teoremin müəllifi deyil.
Bruce Ratnerin mövzu ilə bağlı fikirləri elmi jurnallarda dərc edilib.
Tədqiqatçının sözlərinə görə, Yale Universitetində eramızdan əvvəl 1800-1600-cü illərə aid gildən hazırlanmış Babil lövhəsi mövcud olub. Cədvəlin hazırlanmasından təxminən 1000 il sonra - eramızdan əvvəl 570-490-cı illərdə doğulmuş Pifaqor teoremi meydana çıxıb.
Tarixçilər bildirirlər ki, Pifaqorun əsərləri dövrümüzə qədər gəlib çatmayıb. Alim hesab edir ki, Pifaqor teoremlə çıxış etməyib. Güman edilir ki, tələbələri yanlışlıqla müəllifliyi ona aid ediblər. Bunu faktiki olaraq ona aid olmayan bir çox kəşflərə görə hesablanması da təsdiqləyir.
“Pifaqor teoreminin Pifaqorun anadan olmasından 1000 il əvvəl Babil riyaziyyatçıları tərəfindən kəşf edildiyini və sübut edildiyini mübahisəsiz olaraq göstərən konkret sübutlar var. Daha doğrusu, o, sadəcə olaraq bunu populyarlaşdırdı, bu da onun elmə olan xidmətlərinə heç bir xələl gətirmir”, - deyə Ratner vurğulayıb.