Eramızdan əvvəl II əsrə aid qazanda yemək bişirdi


Özbəkistanın Səmərqənd vilayətinin Payarık rayonunda eramızdan əvvəl II-I əsrlərə aid saka tayfalarına məxsus tunc qazan aşkar edilib.


AFN.az xəbər verir ki, bu barədə Özbəkistanın Mədəni İrs Agentliyi məlumat yayıb. Məlum olub ki, bu qazanı 1993-cü ildə o vaxt məktəb direktoru işləyən Payarık rayonunun Məhəmmədi kənd sakini tapıb. 29 yaşlı kişi onu Kəraçi dağı ilə Təşiktəpə arxeoloji sahəsi arasındakı təpədə xəndək qazarkən aşkar edib. Bu əşyanın dəyərini bilməyən kişi ondan məişətdə istifadə edib. Qazanın hündürlüyü 37 santimetr, boyun diametri 52 santimetrdir.
“Bu ərazidə ilk dəfə deyil ki, tunc qazanlar tapılır. Onlar həmçinin Kəraçi dağının yamaclarında yerləşən, Koşrabad bölgəsindən keçən Sırliboitepdə və Payarık bölgəsində tapılıb” - məumatda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu