Aİ-dən İlon Maska xəbərdarlıq: Fələstin-İsrail müharibəsi ilə bağlı


Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton amerikalı iş adamı İlon Maska Fələstinin HƏMAS qrupunun İsrailə qəfil hücumundan sonra X sosial şəbəkəsində dezinformasiyanın yayılması ilə bağlı səslənib və onu Aİ-nin onlayn məzmunla əlaqəli yeni qaydalarına uyğun olaraq əks tədbirlər görməyə çağırıb.


AFN.az-ın məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Breton bildirib ki, əvvəllər Twitter kimi tanınan X-in Avropa Birliyində qeyri-qanuni məzmun və dezinformasiya yaymaq üçün istifadə edildiyinə dair əlamətlər var. "Ona görə də mən sizi təcili olaraq sistemlərinizin effektivliyini yoxlamağa və görülən anti-böhran tədbirləri barədə komandama məlumat verməyə çağırıram" - deyə o "Reuters"də dərc edilən müraciətində bildirib.

Breton müzakirə mövzusu olan dezinformasiyanın təfərrüatlarına varmayıb.

"Təcililiyi nəzərə alaraq, mən sizdən müvafiq hüquq-mühafizə orqanları və Europol ilə əlaqə saxlamağınızı və onların sorğularına operativ cavab vermənizi gözləyirəm", - deyə komissar Maska müraciət edib.

O, komandasının Maskla DSA uyğunluğu ilə bağlı bir sıra digər aktual məsələləri də müzakirə edəcəyini söyləyib.

DSA-ya əməl edilməməsi Aİ-nin şirkətin qlobal dövriyyəsinin 6%-nə qədər cərimələməsi ilə nəticələnə bilər.

X mikrobloqunda Bretonun yazısına cavab verən Mask bildirib ki, onun şirkətinin siyasəti hər şeyi açıq mənbədə və şəffaf saxlamaqdır: "Xahiş edirik, X-də istinad etdiyiniz pozuntuları sadalayın ki, ictimaiyyət onları görə bilsin".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu