Aİ Ukraynada uzunmüddətli münaqişəyə hazırlıqdan danışıb


Avropa komissarı Breton bildirib ki, Ukraynadakı münaqişə bir neçə il uzana bilər

Aİ ölkələri Ukraynadakı münaqişənin uzun illər uzana biləcəyinə hazırlaşır. AFN.az xəbər verir ki, bunu Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton RMS radiostansiyasının efirində bildirib.


“Biz bu müharibənin uzun müddət davam edəcəyinə hazırlaşırıq. Təəssüf ki, Avropada yüksək döyüş intensivliyi olan müharibələr əvvəllər bir neçə il davam edirdi”.

Breton vurğulayıb ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar tətbiq etmək imkanlarını hələ də tükəndirməyib. Eyni zamanda diplomat qeyd edib ki, əgər Kiyev nə vaxtsa bu münaqişədə qalib gəlsə, bu, Moskvaya qoyulan məhdudiyyətlərə görə deyil, yalnız hərbi yolla olacaq.

Bundan əvvəl avropalı siyasətçilər Ukraynada münaqişənin uzana biləcəyini dəfələrlə bəyan ediblər. Belə ki, Polşanın baş naziri Mateuş Moravetski münaqişənin daha bir neçə il davam edəcəyini bildirib. Öz növbəsində Almaniya kansleri Olaf Şolz etiraf edib ki, Ukraynadakı münaqişə iki ildən dörd ilə qədər davam edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu