Kanada Cənubi Amerika ölkələrindən 15 min immiqrant qəbul edəcək


Kanada Cənubi Amerika ölkələri Kolumbiya, Haiti və Venesueladan 11 mini qohum və 4 mini ixtisaslı işçi olmaqla 15 min immiqrantı bu ilin sonuna qədər qəbul edəcəyini açıqlayıb.



Kanada Vətəndaşlıq və İmmiqrasiya Naziri Mark Miller verdiyi açıqlamada Kolumbiya, Haiti və Venesueladan qəbul ediləcək 11 min immiqrantın Kanadada qohumlarının olması şərti olduğunu, 4 min adamın isə istedad qiymətləndirməsindən sonra qəbul ediləcəyini bildirib. .

Bu ölkələrdən ixtisaslı immiqrasiya statusu almaq üçün müraciət edən şəxslərin “İqtisadi Mobillik Yolları” pilot layihəsi çərçivəsində iş qabiliyyətinin qiymətləndirilməsinə məruz qalacağını qeyd edən Miller, qəbul edilənlərin müxtəlif təşkilatlara göndəriləcəyini bildirib.

Miller bildirib ki, payızdan etibarən Karib hövzəsi, Mərkəzi və Cənubi Amerikada yaşayan Kolumbiya, Haiti və Venesuela vətəndaşları Kanadada yaşamaq üçün müraciət edə biləcəklər.

Açıqlamada vurğulanıb ki, qohum kimi qəbul ediləcək immiqrantlar hazırkı Kanada vətəndaşının və ya daimi sakinin uşağı, nəvəsi, həyat yoldaşı, valideyni və ya qardaşı olmalıdır.

“Birləşmiş Ştatlarla sıx əməkdaşlıq etdiyimiz iş vasitəsilə biz Amerika qitəsində təhlükəsiz miqrasiyanın dəstəklənməsinə və tez-tez təhlükəli marşrutlar vasitəsilə həyata keçirilən qeyri-qanuni miqrasiyanın qarşısını almağa ümid edirik”, - Miller qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu