1,1 milyon fələstinli 24 saat ərzində Qəzzanın cənubuna təxliyə edilməlidir - İsraildən tələb


İsrail BMT-yə müraciət edərək, 1,1 milyon fələstinli 24 saat ərzində Qəzza zolağının cənubuna təxliyə edilməli olduğunu bildirib.


Bu barədə dünya təşkilatının baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"BMT hesab edir ki, belə bir yerdəyişmə dağıdıcı humanitar nəticələr olmadan baş verə bilməz", - bəyanatda vurğulanır.

Düjarrik qeyd edib ki, bu tələb bütün BMT əməkdaşlarına, eləcə də BMT təsisatlarına, o cümlədən məktəblərə, sağlamlıq mərkəzlərinə və klinikalara sığınmış şəxslərə aiddir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu