İsrail Qəzzanın şimalındakı sakinlərə cənuba təxliyə üçün 4 saat vaxt verib


İsrail Müdafiə Qüvvələri (IDF) bu gün, noyabrın 6-da Səlahəddin şossesi boyunca Qəzza zolağının cənubuna dəhliz açıb.


Şimal bölgələrinin sakinləri yerli vaxtla saat 10:00-dan 14:00-a qədər evakuasiya edə bilərlər. IDF-nin mətbuat katibi Aviçai Edri bu barədə sosial şəbəkə hesabında bildirib.

İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Oktyabrın 13-də İsrail Qəzzanın şimal hissəsindən 24 saat ərzində 1,1 milyon dinc sakinin təxliyyə edilməsini tələb edib. Oktyabrın 15-də İDF 600.000 fələstinlinin cənuba köçdüyünü bildirib.

Noyabrın 1-də hərbi əməliyyatların başlanmasından sonra ilk dəfə olaraq Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə xarici pasport sahibləri Qəzzadan buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu