BMT: İsrailin evakuasiya əmrindən əvvəl 423 mindən çox insan Qəzzanı tərk edib


Birləşmiş Millətlər Təşkilatı İsrailin Qəzza zolağının şimalını boşaltmaq üçün cümə günü verdiyi göstərişdən əvvəl də artıq 423,000-dən çox insanın Qəzzadakı evlərini tərk etdiyini bildirib.


AFP-nin xəbərinə görə İsrail Müdafiə Qüvvələri (IDF) gecə yarısı Birləşmiş Millətlər Təşkilatına xəbərdarlıq edib ki, Vadi Qəzzanın şimalındakı bütün Fələstin əhalisi 24 saat ərzində Qəzzanın cənubuna köçməlidir.

Hesabat göstərir ki, İDF keçən şənbə günü HƏMAS-ın kütləvi hücumuna cavab olaraq bir həftəlik hava bombardmanından sonra qurudan hücuma keçməyə hazırlaşır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu